XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 13:42

Kerri Moskvanın qaz layihəsini “vurdu”:“”Şimal axını-2” layihəsi Avropa üçün mənfi nəticə verəcək”

kerri-99

“Rusiyanın “Şimal axını-2” layihəsi Şərqi Avropaya mənfi təsir göstərəcək”.

Strateq.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda  ABŞ –Avropa Birliyi çərçivəsində keçirilən enerji dialqounda Federika Moqerni ilə görüşü zamanı bildirib.

“Bizi və burada oturanları dərindən narahat edən bir məsələ haqqında- “Şimal axını-2” layhəsi barədə konkret məsələni müzakirə edəcəyik.  Biz tam əminik ki, bu layihə Ukrayna, Slovakiya və Şərqi Avropaya mənfi təsirini göstərəcək. Bunu nəzərdən qaçırmamalıyıq”, -deyə dövlət katibi vurğulayıb.

Rusiya bəyan edib ki, “Şimal axını-2” layihəsi sırf kommersiya layihəsidir və onu dayandırmaq  üçün istənilən cəhdləri siyasi xarakter daşıyır.

Qeyd edək ki, “Qazprom” bu layihənin maliyyələşdirilməsini 2017-ci ildə başlamaq istəyir.