XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2016 - 14:02

“Demokratik vətən”:Serj Sərkisyan növbəti dəfə xalqı aldatdı

irevan

“Demokratik vətən” partiyasının (Ermənistan) siyasi şurası bu gün bəyanatla çıxış edib. Strateq.az Armenia today portalına istinadən bildirir ki, bəyanatda deyilir:

“Dördgünlük aprel müharibəsi hakim rejimin çarəsiz, zavallı və  əxlaqsız durumunu tamamilə ifşa etdi. Xüsusən də 20 il ərzində Arsaxı saxlamaq haqda cəmiyyəti aldadan mif dağıldı, hakimiyyəti dəyişməyə çalışan qüvvələr isə torpağı təhvil verməyə hazır olan satqınlar kimi təqdim olunurdu. Onlar bu şüarların kölgəsində bütün seçkiləri saxtalaşdırıb hakimiyyəti zəbt etdilər, 2004-cü ilin aprelində isə yaratdıqları yeniçərilərin köməyi ilə Baqramyan meydanında “Çevrə” əməliyyatını həyata keçirdilər, 2008-ci il martın 1-də isə xalqı güllə-boran etdilər. Cəmiyyətin önəmli hissəsi, o cümlədən siyasi müxalifət də bütün bunlardan sonra əmin idi ki, Arsaxın (Ermənistan mətbuatında Qarabağın adı kimi işlədilən bu söz, türkoloqların fikrincə, qədim türk-Azərbaycan ifadəsidir və “Ər saklar vətəni” deməkdir-tərc.) və Ermənistanın təhlükəsizlik zəmanəti olan ordu qarətlərə məruz qalmır. İndi aydınlaşır ki, Serj Sərkisyan növbəti dəfə xalqı aldadıb”.

Bəyanat müəllifləri sonda qeyd edirlər: “Yaranmış durumda bir qərar ola bilər: real müxalifətin və marağı olan şəxslərin təşəbbüsü ilə xalqı birləşdirmək və hakimiyyətdən sıradakıları yerinə yetirməyi tələb etmək:  

-Ordunun silahlanmasını dərhal təşkil etmək və yeni hərbi texnika ilə təchiz olunmasını gerçəkləşdirmək, birinci mərhələdə son illərdə ölkədən çıxardılmış 10 milyard dolların 500 milyonundan istifadə etmək;  

-Polis qüvvələrinin buraxılması haqda qərar qəbul etmək və onları müqavilə əsasında Müdafiə nazirliynə daxil etmək;  

-Müxalif siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin təklifi üzrə xalq etimadı hökuməti formalaşdırmaq”.