XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 March 2015 - 07:03

Hakan Fidan Türkiyə milli kəşfiyyatının başçısı vəzifəsinə qayıtdı

Türk kəşfiyyatının birinci siması prezidentin ən yüksək etibarını qazanmış şəxslərdəndir

Türkiyə baş nazirinin müavini Bülənt Arınç Nazirlər Kabinetinin iclasının yekunlarına əsasən Hakan Fidanın tez bir zamanda yenidən Türkiyənin milli kəşfiyyat idarəsinin başçısı vəzifəsinə qayıdacağını bildirib: “Baş nazir Əhməd Davudoğlu Hakan Fidanı yenidən MİT başçısı təyin edib. Onun öz vəzifəsinin icrasına başlaması üçün uyğun sərəncam mövcuddur.”

Qeyd edək ki, MİT-in keçmiş başçısı parlament seçkilərində qatılmaq üçün vəzifəsindən istefa vermişdi. Onun istefası qəbul edilsə də, hökumətin və ölkə prezidentinin ciddi tənqidinə məruz qalmışdı.

Yerli analitiklərin fikrincə, türk kəşfiyyatının birinci siması prezidentin ən yüksək etibarını qazanmış şəxslərdəndir. Fidan ölkənin milli təhlükəsizliyi üzrə taleyüklü layihələrə şəxsən özü nəzarət edirdi. Söhbət, əsasən, kürd çözümü, Suriya və İraqa münasibətdə siyasətdən gedir.