XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2016 - 10:58

Bankın səhvən göndərdiyi pulu xərclədi,həbs olundu

dollar-22.jpg

Avstraliyada ona səhvən bank tərəfindən göndərilən 4,67 milyon dolları xərcləmiş malayziyalı tələbə qız məhkəmə qarşısında cavab verməli olub.

“ABC News”un məlumatına görə, 21 yaşlı Kristin Çzyasin Li mayın 4-də axşam Sidney aeroportunda Malayziyaya getmək istərkən şübhəli qismində saxlanılıb. Prokurorluğun bildirdiyinə görə, K.Ç.Li külli miqdarda pulu 2012-ci ildə, 18 yaşının tamam olmasına cəmi bir neçə ay qalmış alıb.

Tələbə qız bu barədə bankı xəbərdar etmək əvəzinə ötən müddətdə çoxlu miqdarda zinət əşyaları, müxtəlif brendlərdən olan çanta və ayaqqabılar alaraq bir milyon dollardan çox pul xərcləyib. Həmin dövrdə o, bankın məktublarına və hüquq mühafizə orqanlarının əməkdaşlarının sorğularına cavab verməkdən də məharətlə yayınıb.

Məsələ ilə bağlı məhkəmənin növbəti iclası iyunun 21-ə təyin olunub(azərtac).