“Hong Kong Airlines” aviaşirkətinə məxsus təyyarə güclü hava burulğanına düşüb.
İndoneziyanın Denpasar şəhərindən Honkonqa uçan “Airbus 330-200” təyyarəsi Malayziyanın Boneo adası üzərində olarkən güclü hava burulğanına düşüb. Hadisə nəticəsində 17 nəfər xəsarət alıb.
Qeyd edək ki, təyyarənin göyərtəsində 204 sərnişin və 12 ekipaj üzvü olub. Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdirilib və onlardan 5-i artıq xəstəxanadan buraxılıb(azərtac).