XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2016 - 13:41

Şərqi Çin dənizində iki gəmi toqquşub,17 nəfər itkin düşüb

Şərqi Çin dənizində iki gəminin toqquşması nəticəsində azı 17 nəfər itkin düşüb.

İnsident mayın 7-də səhər saatlarında baş verib. İlkin məlumata görə, balıqçı gəmisi xarici ölkəyə məxsus yük gəmisi ilə toqquşaraq batıb.

Hadisə yerinə gələn xilasedicilər iki nəfəri xilas edə bilib. İtkin düşənlər Çinin “Lu Rong Yu” gəmisinin balıqçılarıdır. Qəzada iştirak edən yük gəmisinin məxsus olduğu ölkənin adı açıqlanmır.

Hadisənin baş verdiyi rayonda axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir(azərtac).