XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

07 May 2016 - 13:59

İran neft hasilatını“dondurmağa” hazırdır

İran neft hasilatının “dondurulması” təşəbbüsünə qoşulmağa hazırdır.

İranın “Press TV” kanalı xəbər verir ki, bu sözləri İranın Milli Neft Şirkətinin (NIOC) beynəlxalq əlaqələr üzrə icraçı direktoru Seyid Möhsün Qamsari deyib.

“İran neft hasilatı ilə bağlı məqsədinə çatıb və hazırda sutkada təxminən 4,2 milyon barrel neft istehsal edir. Bunun üçün də İran neft hasilatının “dondurulması” təşəbbüsünə qoşulmağa hazırdır”, – deyə M.Qamsari bildirib.

O qeyd edib ki, bununla bağlı son qərar İranın neft naziri Bijən Namdar Zəngani tərəfindən veriləcək.