XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2016 - 18:22

Putin Yaponiya prezidenti ilərazılığa gəldi

Yaponiya və Rusiya liderləri uzun illərdir davam edən ərazi probleminin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması üçün yeni cəhdlərin göstərilməsi barədə razılığa gəliblər.

NHK televiziya kanalının məlumatına görə, Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Soçi şəhərində görüşüblər.

Tərəflər arasında aparılan danışıqlar zamanı Ş.Abe sülh müqaviləsinin imzalanması və Şimal torpaqları probleminin həlli ilə bağlı yaranan vəziyyətdən çıxmaq məqsədilə yeni cəhdlərin göstərilməsinə çağırıb.

Yaponiyada Şimal torpaqları termini altında Rusiyanın tabeliyində olan, lakin Yaponiyanın ölkənin ayrılmaz tərkib hissəsi hesab etdiyi adalar qrupu başa düşülür. Yaponiya hökumətinin mövqeyinə əsasən, həmin torpaqlar II Dünya müharibəsi nəticəsində qeyri-qanuni olaraq işğal edilib. Həmin problemin mövcudluğu II Dünya müharibəsindən 70 ildən çox keçməsinə baxmayaraq, iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına imkan vermir.

Ş.Abe deyib ki, Moskva və Tokio danışıqları gələcəyə baxış prizmasından və qlobal perspektivləri nəzərə alaraq aparacaqlar.

Baş nazir, həmçinin qeyd edib ki, ikitərəfli əməkdaşlığı davam etdirərək o, Prezident Vladimir Putinin onun üçün münasib vaxtda Yaponiyaya səfərinin təşkilinə çalışacaq.

İki ölkənin liderləri növbəti dəfə cari ilin sentyabrında Vladivostokda keçiriləcək Beynəlxalq İqtisadi Forum çərçivəsində görüşmək barədə razılığa gəliblər(azərtac).