XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2016 - 19:40

Səudiyyə krallığında kadr islahatı:Bəzi nazirlər işdən atıldı

 

Suudi Arabistan'da kabine değişti

Neftin dünya bazarında ucuzlaşması Səudiyyə Ərəbistanına da mənfi təsir göstərib. Rəsmi Riyad da, bizim kimi, yaşadığı böhranı çox büruzə vermək istəməsə belə, bir çox hallarda bənzər addımlarla vəziyyəti stabil tutmağa çalışır. Əsas bənzərlik özünü bəzi nazirlərin və nazirlik adlarının dəyişdirilməsində göstərir.

Yeganə fərq isə vəzifəsindən uzaqlarşdırılan kadrlara başqa qurumların həvalə edilməməsidir. Krallıqda “vurulan” kadrlar hakimiyyət kreslosuna birdəfəlik “əlvida” deməli olurlar.

Strateq.az xəbər verir ki, kral Salman neft, həcc və ticarət nazirlərini vəzifədən qovub. Həcc Nazirliyinin adı isə dəyişdirilərək, "Həcc və Ümrə Nazirliyi" qoyulub.

Məlumat dövlət televiziyası ilə elan edilib. Bu gün açıqlanan sərəncamla işdən uzaqlaşdırılan nazirlər arasında ən diqqətçəkəni enerji naziri  Əli əl-Nəimidir. Nəimi Səudiyyə Ərəbistanı kabinetinin ən köhnə və güclü kadrlarındandır. 1995-ci ildən bəri öz vəzifəsini sürdürən sabiq nairin 81 yaşı var.

Yeni enerji naziri vəzifəsinə Xalid əl-Falih təyin edilib.