Son bir neçə gün ərzində Suriyada İranın 13 hərbi məsləhətçisi öldürülüb.
Strateq.az xəbər verir ki, bu məlumatı İran KİV-ləri yayıb.
Məlumata görə, hərbçilər Hələb şəhərində öldürülüblər. Daha 21 hərbçinin isə yaralandığı xəbər verilir.
Ordu sözçüsü Hüseyn Əli Rza bütün zərərçəkən əsgərlərin İranın Mazandaran əyalətindən olduğunu deyib.