XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2016 - 22:08

PKK dünyaya açılmaq yolunda

 

PYD+Berlin%E2%80%99de+temsilcilik+a%C3%A7t%C4%B1

Terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD Rusiya və İsveçdən sonra Almaniyanın paytaxtı Berlində nümayəndəlik açıb.

Strateq.az xəbər verir ki, dünən keçirilən açılış mərasiminə Suriya kürdlərinin rəsmi şəxsi (sözdə Xarici İşlər Nazirliyi yetkilisi) Sinəm Məhəmməd, separatçı kürd partiyalarının nümayəndələri, alman parlamentarilər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılıb.

Qeyd edək ki, bu, PKK-nın Suriya qanadı kimi tanınan PYD-nin xaricdə açdığı ilk şöbə deyil. PYD daha öncə Moskva və Stokholmda nümayəndəlik açmışdı. Çex Respublikasının paytaxtı Praqada isə YPG nümayəndəliyi daha əvvəldən var. PYD rəhbərliyi Berlindən sonra Paris, Kopenhagen və Vaşinqtonda da nümayəndəlik açmağa hazırlaşır.