XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 May 2016 - 13:54

Bəşər Əsəd Şimali Koreyadiktatorunu təbrik etdi

esed

Suriya lideri Bəşər Əsəd Şimali Koreyanın prezidenti Kim Çen İnə Koreya Əmək Partiyasının VII qurultayının keçirilməsi münasibəti ilə təbrik teleqramı göndərib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Əsəd rəsmi Pхenyanla həmrəy olduğunu bildirərək Koreya yarımadası ilə bağlı yaranmış münaqişəyə bütün kənar müdaxilələri yolverilməz hesab edib.

Suriya lideri həmçinin Şimali Koreyaya qarşı sanksiyaları ədalətsiz qərar adlandıraraq onları ləğv etməyə çağırıb.

Xatırladaq ki, xarici jurnalistlər heç bir səbəb göstərilmədən Koreya Əmək Partiyasının qurultayına buraxılmayıb. ABŞ, Yaponiya, İspaniya, Finlandiya və digər dövlətlərdən tədbirlə bağlı dəvət olunan KİV nümayəndələrinə yalnız əhali ilə sərbəst danışmağa, televiziya jurnalistlərinə isə qurultayın keçirildiyi KXDR-in paytaxtındakı 25 aprel adına Mədəniyyət Sarayının əzəmətli binası yaxınlığında çəkiliş aparmağa icazə verilib.