XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

08 May 2016 - 14:18

İran İtaliya şirkətlərinəneft satışını artırır

iran neft

İran İtaliyanın “Saras” neftayırma zavodu ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən İran bu zavoda neft satışının həcmini 65 min barrelədək artıracaq.

İranın Milli Neft Şirkətinin baş direktoru Rüknəddin Cavadi bildirib ki, indiyədək İtaliya zavoduna ildə 30-35 min barrel neft göndərilirdi. Müqavilədən sonra bu göstərici 65 min barrelə çatacaq.

Baş direktor əlavə edib ki, hazırda İtaliyanın “Eni” şirkəti ilə də danışıqlar aparılır. Razılıq əldə olunarsa, İran bu şirkətin zavodlarına ildə 100 min barrel neft verəcək.