XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

10 Mart 2015 - 07:55

Nemtsovun qətlinə görə niyə məsuliyyəti çeçenlərin boynuna yıxırlar?

Zaur Dadayev bu yaxınlara qədər Kadırova sədaqətlə qulluq edib

Картинки по запросу путин и кадыров

Boris Nemtsovun qətliylə bağlı Kremlin versiyası artıq biçimlənib.

Strateq-azın məlumatına görə, Bloomberg Viewin icmalçısı Leonid Berşidski yazır ki, başlıca şübhəli Charlie Hebdo-da dərc edilmiş Muhəmməd peyğəmbərin karikaturalarını dəstəkləyən Nemtsovu cəzalandırmağı qət etmiş çeçen Zaur Dadayevdir.

Müəllif yazır: “Lakin Nemtsov radikal antiislamçı deyildi. Qeyd etmək vacibdir ki, Dadayev bu yaxınlara qədər Kadırova sədaqətlə qulluq edib. Deməli, sonuncunu ittiham etmək lazım gəlir: Kadırov həqiqətən də belə bir fikir bildirib ki, Charlie Hebdo-nun karikaturaçıları peyğəmbərə rişxənd etməklə özlərini məhvə məhkum ediblər. Amma o hər halda Moskvadan iri subsidiyalar alır və çətin ki, Kremlin divarlarının bir neçə addımlığında siyasətçinin qətlini sifariş edəydi. Görünür, iddia etmək olar: Nə qədər ki Kadırov çeçenistanı Putinin maraqlarına uyğun idarə edir, Rusiya liderinin ehtiyatda saysız-hesabsız başkəsənləri olacaq. Onlar Rusiyanın ümumiyyətlə vuruşmadığı yerlərdə – ya Rusiyanın paytaxtı olsun, ya da Şərqi Ukrayna – vuruşur”.

Yeri gəlmişkən, Kadırovun döyüşçülərinin antikiyev güclərinə yardım etməsi barədə təsdiqlənmiş məlumatlar var.

Ekspertin yazdığına görə, “Putinin opponentinin qətli, yəqin ki, monarxla vassalı yaxınlaşdırıb, Hər necə olmasa da, Putinin düşmənləri Kadırovun da düşmənləridir”.