XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2016 - 19:16

Obamadan Analar günü mesajı

barak-obama-1

"Bizim ailədə hamı bilir ki, prezident əhəmiyyətinə görə üçüncü şəxsdir"- ABŞ prezidenti Barak Obama Analar günü münasibətilə mesajını bu sözlərlə başlayıb. Bazar günü qeyd edilən Analar günündən öncə açıqladığı mesajında Obama xanımı Mişel və onun anasına minnətdarlığını bildirib. "Mən hədsiz dərəcədə xoşbəxtəm ki, bizim qızları böyütmək, onları sevgi və qayğı ilə əhatə etmək üçün yanımda bu gözəl qadınlar var."

Obama vətəndaşları vaxt tapıb bu gündə onların həyatında mühüm rol oynayan qadınlara təşəkkür etməyə çağırıb: "Bioloji analar, ögey analar, süd anaları, tək analar, nənələr, xalalar və tərbiyəçilər-Analar günündə kimi fikirləşirsinizsə onlara. Ya da mənim kimi sizi böyüdən analar, bizə dayaq verən və bizim neçə yaşımız olursa olsun hər gün özlədiyimiz o böyük ürəkləri yada salın."

Obama analara layiq olduqları ehtiramı göstərməyə çağırıb və qadın bərabərliyindən danışıb. O, mesajında valideynlərə "bu ən mühüm işdə" dəstəyin vacibliyini vurğulayıb.

Obama deyib ki, buraya "analıq və atalıq məzuniyyəti, xəstəliyə görə məzuniyyət, hamilə qadınlar üçün xüsusi şəraitin yaradılması, yaxşı səhiyyə imkanları, uşaqlara qulluq etmək üçün əlverişli xidmətlər, münasib iş cədvəli, bərabər maaşların təmin edilməsi və layiqli minimum əmək haqqı daxildir."

Strateq.az