XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

09 May 2016 - 13:48

“Raket qüvvələri və müdafiə gücü ilə bağlı ABŞ-la heç vaxt müzakirə aparmayacağıq” –İran XİN-dən açıqlama

iran ordu02

“İran bölgənin kütləvi qırğın silahlarsız bir bölgə olmasını istəyir”. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari bunu bu gün keçirdiyi həftəlik konfransda deyib.

H.Cabiri Ənsari deyib ki, İranın kütləvi qırğın silahlarla bağlı siyasətinin dəyişməzdir: “İran bütün beynəlxalq toplantılarda bu məsələni gündəmə gətirib. Kütləvi qırğın silahları ölkələr üçün heç bir hədəfi təmin etmir. Ölkələr və xalqlar üçün təhlükəsi xeyrindən daha çoxdur. Buna görə də İranın kütləvi qırğın silahlarla bağlı siyasəti dəyişməzdir və regionun kütləvi qırğın silahlardan təmizlənməsini istəyir”.

H.Cabiri Ənsari onu da bildirib ki, ABŞ nüvə müzakirələri zamanı İrana dəfələrlə ölkənin raket və müdafiə gücü sahəsində müzakirə aparmaq təklif edib: “Biz heç vaxt bu təklifləri qəbul etməmişik. Düşünürük İranın hərbi və raket gücü tamamilə müdafiə xarakterlidir və təhlükələrə uyğun olaraq planlaşdırılıb. Heç vaxt İran raket qüvvələri və müdafiə gücü ilə bağlı ABŞ-la müzakirə aparmayacaq. İranın müdafiə sahəsi müzakirə predmeti deyil”. 

APA