XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2016 - 18:31

Avstriya kansleriistefa verdi

Avstriyanın Federal Kansleri və koalisiyalı hökumətdə təmsil olunan Avstriya Sosial-Demokratlar Partiyasının (SPÖ) sədri Verner Faymann mayın 9-da partiya sədarətinin görüşündən sonra tutduğu hər iki vəzifədən istefa verdiyini bəyan edib.

Aprelin 24-də ölkədə keçirilən prezident seçkilərində rəhbərlik etdiyi partiyanın namizədi olduqca zəif nəticələr əldə etdikdən sonra ciddi tənqid hədəfinə çevrilən V.Faymann onun siyasi kursunun partiya daxilində dəstəklənməməsini istefa verməsinə əsas səbəb kimi göstərib. O, istefa ərizəsini ölkə başçısı Haynts Fişerə təqdim etdikdən sonra Baş nazir səlahiyyətlərini müvəqqəti olaraq vitse-kansler Raynhold Mitterlehner, SPÖ partiyasına sədrliyi isə Vyana şəhərinin meri Mixael Hoypl icra edəcək(azərtac).