XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

09 May 2016 - 20:42

Kameron:“Britaniya Avropa İttifaqında qalmalıdır”

Böyük Britaniya Avropa ölkələrinin gələcəkdə münaqişələrlə üzləşməmələrinə kömək etmək üçün Avropa İttifaqında  qalmalıdır.

Bunu bu gün Londonda Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünə dəstək kməqsədilə Londonda keçirilən kampaniyada çıxış edən baş nazir Devid Kemeron bildirib.

Böyük Britaniyada bu il iyunun 23-də Avropa İttifaqından çıxmaqla bağlı referendum keçiriləcək. D. Kemeron ölkəsinin Avropa İttifaqının üzvü kimi qalmasının tərəfdarıdır. Baş nazir Böyük Britaniyanın Avropanın ümumi maraqlarını dəstəkləməklə bağlı fundamental milli marağı olduğunu vurğulayıb: “Söhbət Avropa ölkələri arasında gələcək konfliktlərdən yayınmaqdan gedir.  Bunun üçün Böyük Britaniyanın liderliyinə ehtiyac var. Ona görə də Böyük Britaniya Avropa İttifaqında qalmalıdır”.

Qeyd edək ki, aparılan sorğular hazırda Böyük Britaniyada əhalinin 42 faizinin ölkənin Avropa İttifaqının tərkibində qalmasının, 40 faizinin isə Avropa İttifaqından çıxmasının tərəfdarı olduğunu göstərir.  Rəyi soruşulanların qalan qismi hələ məsələ ilə bağlı  mövqeyini müəyyənləşdirməyib.