XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 10:14

İran Xarici İşlər Nazirliyi:“Şimali İraq kürdlərinin müstəqilliyini qəbul etməyəcəyik”

 

İran IKBY'nin bağımsızlığına karşı

Şimali İraqdakı kürd muxtariyyəti müstəqillik elan edərsə, İran onu tanımayacaq.

Strateq.az-ın bildirdiyinə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari bildirib.

Ənsari Fars xəbər agentliyinə açıqlamasında muxtariyyət yetkilisi Məsrur Bərzaninin müstəqillik üçün Ankara və Tehranla məsləhətləşmələr apardıqları barədə fikirlərini şərh edərkən, deyib:

“İraqın suverenliyi və torpaq bütövlüyü istər həmin ölkə vətəndaşlarının, istərsə də regional və dünya ölkələrinin maraqlarını təmin etməkdədir. Ölkənin indiki durumunda İraqdakı bütün tərəflərə qanuni meyarlara və yanaşmalara hörmət göstərmələrini, daxili anlaşmazlıqları müzakirə yolu ilə həll etməyi məsləhət görürük”.