XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 19:41

Putindən Nazarbəyova böyük jest – Rusiya prezidenti fərman verdi
Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevi “Aleksandr Nevski” ordeni ilə təltif edib.
Rusiya prezidentinin mətbuat xidmətinin verdiyi xəbərə görə, Putin artıq müvafiq fərmanı imzalayıb.
Qeyd edək ki, “Aleksandr Nevski” ordeni 1725-ci ildə təsis edilib. 1917-ci ildə ləğv edildikdən sonra 1942-ci ildə təzədən bərpa edilib.
Bu günədək 97 nəfər həmin ordenə layiq görülüb. Onların arasında Belarus prezidenti Aleksandr Lukaşenko, müdafiə naziri Sergey Şoyqu, patriarx Kirill də var(Musavat.com).