XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 18:42

İranla ABŞ arasında 2 milyardlıq qalmaqal –Ruhani Vaşinqtonu məhkəməylə hədələdi

Hesen-Ruhani-3

Tehran İrana məxsus 2 milyard dollar dondurulmuş vəsaitin ABŞ tərəfindən istifadəsi ilə bağlı iddia ərizəsini Beynəlxalq Cinayət Məhkəməsinə göndərməyə hazırlaşır. 

"Frans Press" agentliyinin verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

Dövlət başçısı deyib ki, iddia ərizəsi bu yaxınlarda məhkəməyə göndəriləcək: "ABŞ-a bu vəsaiti mənimsəməyə imkan verməyəcəyik"(Trend).

Daha əvvəl ABŞ Mərkəzi Bankı İrana dondurulmuş aktivlərini qaytarmaqdan imtina edib. Bankın fikrincə, bu vəsaitlər 1983-cü ildə Beyrutda törədilmiş partlayışlar və digər terror aktlarından zərər çəkmiş amerikalı ailələrin hesabına köçürülməlidir.

Xatırladaq ki, ABŞ-ın mindən çox vətəndaşı rəsmi Tehrandan 1983-cü ildə Beyrutda törədilmiş terror aktlarında İranı günahkar hesab edərək kompensasiya tələb ediblər.