XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

11 May 2016 - 15:59

London “xan”ı Trampa söz atdı, Tramp cavab verdi:“İstisnalar həmişə mümkündür”

sadiq-london-meri

Böyük Britaniya paytaxtının yeni seçilmiş müsəlman meri Sadiq Xan öz postunda səsləndirdiyi ilk siyasi açıqlamalar və atdığı kosmopolit addımlarla Qərb mediasının gündəmindən düşmür.

“Time” jurnalı yazır ki, seçiləndən dərhal sonra müsəlman merin Holokost qurbanlarını anım mərasiminə qatılması onun uzaqgörənliyindən xəbər verir.

Pakistanlı mer “Londonun birinci sakini” kreslosunda əyləşəndən sonra isə Britaniyanı gözləyən təhlükələrdən danışıb:

“Böyük Britaniyanın Avropa Birliyindən çıxması fəlakət olardı, çünki AB-nin bir çox aparıcı qurumları və kompaniyaları Londonda yerləşir ki, bu da yarım milyondan çox iş yeri deməkdir. Mən Leyborist mer olaraq Mühafizəkarlar Partiyasını təmsil edən baş nazirimizlə əl-ələ verib çalışacağam ki, ölkəmiz Avropa Birliyində qalsın, çünki irəli getmək lazımdır, geriyə yox”.

Sadiq Xan üstüörtülü olsa da, ABŞ-da gedən seçki prosesinə də münasibət bildirib: “Amerikaya səfər etmək, Ştatların iri meqapolislərinin rəhbərləri ilə təcrübə mübadiləsi aparmaq istəyirəm. Amma gərək niyyətimi dekabradək reallaşdıram, yoxsa, birdən Tramp gələr və məni, eləcə də minlərlə müsəlmanı bu hüquqdan məhrum edər”.

Prezident seçilsə müsəlman mühacirlərin Amerikaya gəlişinə qadağa qoyacağını bəyan edən respublikaçı namizəd Donald Tramp da öz növbəsində London merinin bu açıqlamasına “istisnalar həmişə mümkündür” eyhamı ilə cavab verib.

Korrespondent.Az