XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 March 2015 - 10:51

Britaniyanın xüsusi xidmətləri rüsdilli mütəxəssisləri yenidən yığır

Həmmond: “Rusiya yenə də ölkəmiz üçün əsas təhlükə ola bilər”

Картинки по запросу филип хеммонд

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, Britaniya Forin-ofisinin rəhbəri Filip Həmmond Rusiyanı təhlükəsizliyə başlıca təhlükə kimi gördüyünü bəyan edib.

Nazirin fikrincə, Rusiya yenə də onun ölkəsi üçün əsas təhlükə ola bilər və Britaniyanın xüsusi xidmətləri buna qarşı səylərini artırır.

Həmmond Londonda çıxış edərkən deyib: “Buna görə də Rusiyanın potensialı və niyyətləri barədə məlumat toplanmasının davam etdirilməsi yaxın gələcəkdə kəşfiyyat cəhdlərimizin önəmlıi hissəsi olacaq. Təsadüfi deyil ki, bütün agentlərimiz rüsdilliləri yenidən toplayırlar”.