XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021

Digər Xəbərlər

11 May 2016 - 21:58

Koçaryan Qarabağa gəldi –Separatçıların lideriylə görüşdü

RA President Robert Kocharyan gives a press conference

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Qarabağa gəlib. 

Koçaryan burada Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

Ermənistan mətbuatının verdiyi informasiyaya əsasən, tərəflər arasında görüş zamanı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində aprelin əvvəlində baş vermiş dörd günlük müharibə və onun nəticələri geniş müzakirə olunub(ANS).

Onu da qeyd edək ki, son vaxtlar Ermənistan rəhbərliyinin və siyasi xadimlərinin Dağlıq Qarabağa səfərləri artıb.

Mayın 3-də Ermənistanın ilk prezidenti, erməni milli konqresinin lideri Levon Ter-Petrosyan işğal altında olan Dağlıq Qarabağa gedib. O, qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyanla görüşüb.

Ter-Petrosyan Qarabağa sonuncu dəfə 2007-ci ildə səfər edib. Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan da Dağlıq Qarabağa səfər edib.

Daha əvvəl Sarkisyan gecə saatlarında qondarma rejimin "rəhbərliyi" ilə müşavirə keçirib. Müşavirədə separatçı rejimin rəhbəri Bako Saakyan, eləcə də hərbçilər iştirak ediblər. Bu zaman təmas xəttindəki hərbi vəziyyət də müzakirə edilib.

Bundan əlavə mayın 8-9 aralığında Ermənistanın baş naziri Ovik Abramyan Dağlıq Qarabağa səfəri çərçivəsində qondarma QDR hökumətinin başçısı Bako Saakyanla görüşüb. Görüş zamanı təmas xəttindəki vəziyyət müzakirə edilib. Cəbhədə baş verən son hadisələrdən qorxuya düşən Ermənistan hərbi hazırlığın artırılmasının əsas öhdəlik olduğunu düşünür.

Onu da bildirək ki, cəbhədə vəziyyət gərginləşdikdən sonra – aprelin 4-də Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi Azərbaycan Ordusunun vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Qarşı tərəfin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.