XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2016 - 19:33

Baş naziri parlamentdən qovdular- FOTO, VİDEO

Yeni Zelandiyanın baş naziri Con Key ölkə parlamentinin iclasından qovulub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, parlamentin sədri Devid Karter baş nazirdən diskussiya qaydalarını pozduğuna görə iclası tərk etməsini istəyib.

İclas zamanı müxalifətdən olan deputatlarla baş nazir arasında mübahisə yaranıb. Mübahisəyə «Greenpeace» ekoloji təşkilatının «Panama sənədləri»ndə yer alması ilə bağlı səslənən iddia səbəb olub.

«Greenpeace»in təmsilçisi baş nazirdən bu iddiaya görə niyə üzr istəmədiyini soruşub. Baş nazir isə üzr istənəcək heç nə olmadığını bildirib. Mübahisənin qızışdığını görən parlament sədri Con Keyin mikrofonunu söndürüb. Lakin baş nazir yenə də qışqıraraq danışmağa davam edib. 

Sədr xatırladıb ki, baş nazir bundan əvvəlki iclasda da xəbərdarlıq almışdı.