XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 08:29

Obama Avstraliyanın baş naziri ilə Suriyadakı vəziyyəti müzakirə edib

obama avstra

Avstraliyanın Baş naziri Malkolm Ternbull və ABŞ Prezidenti Barak Obama ötən gecə telefon danışığı zamanı İraqdakı və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Avstraliya hökumətinin başçısı mayın 12-də jurnalistlərə məlumat verib.

M.Ternbull deyib: “Təqribən yarım saat davam edən danışıq zamanı biz Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə etdik. Prezident hadisələrin inkişafı ilə bağlı fikirlərini, mən də öz fikirlərimi bildirdim”

Hazırda hadisə rayonunda Avstraliyanın 700-dən çox hərbçisi var. İraqdakı Taci bazasında və BƏƏ-dəki hərbi-hava qüvvələrinin bazasında yerləşən həmin hərbçilər İŞİD-in İraqdakı və Suriyadakı mövqelərinə hava zərbələri endirən təyyarələrə xidmət göstərirlər.

Xatırladaq ki, cari ilin əvvəllərində Avstraliya hökuməti Yaxın Şərqdə beynəlxalq antiterror koalisiyası çərçivəsində hərbi iştirakı artırmaq barədə ABŞ-ın xahişini qəbul etməmişdi.