XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 09:14

Pakistanın eks baş nazirinin oğlu 3 illik girovluqdansonra azad olunub

pakistan bas

 

Pakistanın sabiq baş nazirinin oğlu hərbi əməliyyat zamanı Əl-Qaidə ilə əlaqəsi olan insan oğrularının əlindən xilas edildikdən sonra Əfqanıstandan geri dönüb.

Üç illik əsir həyatından sonra Lahorda evinə qayıdan Əli Heydər Gilanini yüzlərlə qohumu və tərəfdarı qarşılayıb. Kabilə geri dönməmişdən öncə isə Gilani Əfqanıstan hökümətinə minnətdarlığını bildirib. Gilani üç il öncə Multan şəhərində seçki mitinqində silah gücü ilə qaçırılıb və daha sonra Əfqanıstana aparılıb.

ABŞ və Əfqanıstanın xüsusi təyinatlı qüvvələrinin birgə anti-terror əməliyyatı nəticəsində Gilani Əl-Qaidənin Pakistan sərhədi yaxınlığında yerləşən Paktika vilayətindəki kompleksindən azad edilib. ABŞ və Əfqanıstan rəsmilərinin verdiyi məlumata görə, Gilani ABŞ-ın nəzarətində olan Bagram hərbi bazasına köçürülüb. Orada o, tibbi müayinədən keçib.