XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 12:20

G7 sammiti başa çatdı: baxışlar vahiddir, konkretlik azdır – Reportaj

Angela Merkel: “Rusiyaya çox vaxt ayırmadıq”

Elmau qəsrində G7 sammiti başa çatdı. Konkret qərarlar, rəqəmlər və öhdəliklər azdır. Lakin “Böyük yeddilik” – liberal-demokartik ölkələrin siyasətini uzlaşdırmaq imkanıdır.

G7 sammiti ərəfəsində iştirakçıların tərkibi haqda çoxlu söz-söhbət və mübahisələr var idi. Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Birləşmiş Ştatlar və Yaponiya – bu ölkələr yerüzündəki əhalinin cəmi 10%-i təmsil edir. Hindistanla çin hanı? Braziliya və Avstraliya haradadır? Sammit iştirakçıları bunun üçün başqa formatların, məsələn, “böyük iyirmiliyin” olduğunu göstərirlər.

Suallar ən çox Rusiyanın tərkibdən çıxarılmasının səhv olub-olmadığı barədə idi. Almaniya kansleri Angela Merkel hələ sammit ərəfəsində bu sualı belə cavalandırdı: “G7 – demokratiya və hüququn aliliyi kimi dəyərlərlə birləşən dövlətlər qrupudur. Beynəlxalq hüquq normalarının qorunması və sərhədlərin toxunulmazlığı da bizim prinsiplərə daxildir, çünki bu bizim dünya nizamının bünövrəsini təşkil edir. Rusiyanın Krımı ilhaq etməsi isə beynəlxalq hüququn pozulmasıdır”.

Rusiya G7 sammitində

Elmau qəsrindən sızmış məlumatlara inansaq, Ukraynada münaqişənin müzakirəsi və Rusiyaya münasibətdə siyasətə xeyli vaxt sərf olunub. İcmalçılar hətta təkrar edirdilər ki, RF prezidenti Vladimir Putin sammitə dəvət edilməsə də, sanki orada sirli şəkildə iştirak edirdi. Söhbəti Polşanın keçmiş hökumət başçısı və Avropa Şurasının indiki sədri Donald Tusk yönəldirdi. O hələ sammit başlamamış yada saldı ki, sanksiyaların müddətinin uyğunlaşdırılması Rusiyanın “Minsk-2” sazişinə əməl etməsi ilə bağlıdır. İndiki durumda isə sanksiya rejiminin dəyişilməsi yalnız sətləşdirilmə yönündə mümkündür.

Donald Tusk ümid edir ki, AB-nin 28 ölkəsinin sammitində sanksiyaların müddətinin uzadılması haqda qərar yekdilliklə qəbul ediləcək.

Sanksiyaların sərtləşdirilməsi və müddətinin uzadılması

Lakin jurnalistlərin təəccübünə rəğmən, Angela Merkel yekun mətbuat konfransında bildirdi ki, Rusiyaya çox vaxt ayrılmayıb. Xanım kansler qeyd etdi: “Digər münaqişələr barədə daha çox və intensiv şəkildə söhbət apardıq”.

O, əlavə etdi ki, sammit iştirakçıları sanksiyaların sərtləşdirilməsini istəmir, lakin Ukraynanın şərqində durum yaxşılaşmasa, bu addımı da atmağa hazırdırlar. Xanım kansler bu sərtləşdirilmənin necə görünə bilcəyi barədə jurnalistlərin sualına cavab verməkdən diplomatik şəkildə yayındı. Bu, sammitin yekun kommunikesində belə səslənir: “Bununla belə, Rusiyanın ödəməli olacağı qiyməti yüksəltməkdən ötrü biz sonrakı məhdudlaşdırıcı tədbirləri də görməyə hazırıq”.

Sanksiyaların müddətinin uzadılması ABŞ prezidenti Barak Obamanın da bəyan olunmuş məqsədi idi. ABŞ indiyə qədər münaqişənin nizamlanmasında avropalıllara, birinci növbədə, Almaniya və Fransaya fəal rol oynamaq imkanı verirdi. Lakin ABŞ Konqresində narazılıq artır, prezidenti qətityyətsizlikdə qınayırlar. Buna görə sanksiyalar məsələsində G7 ölkələrinin vahid cəbhəsini qoruyub saxlamaq onun üçün bu qədər vacib idi. Barak Obama mətbuat konfransında bildirdi ki, sanksiyalar artıq Rusiya iqtisadiyyatına ziyan vurub və əmin etdi ki, sammitin bütün iştirtakçıları onun müddətinin uzadılması ilə razıdırlar.

G7 niyyətlər haqqında bəyannamələrlə kifayətləndi

İqlimin qorunmasının elan edilməsi sammitin ən mühüm məqsədi idi. İştirakçılar iqlimin 2 dərəcədən çox istiləşməsinə yol verməmək məqsədi haqda razılığa gəlməyə nail oldular. Bu hədəfin əsas yollarından biri də göstərildi – qazılan enerji qaynaqlarının payının azaldılması. Lakin bu məqsədlər hələ 2009-cu ildə Kopenhagendə BMT-nin iqlimin qorunması üzrə konfransında formalaşdırılmışdı.

Dünüyanın aparıcı ölkələri iqlimin müdafiəsi üzrə inkişaf etməkdə olan ölkələrə kömək etməkdən ötrü özəl fond yaratmaq və bundan başqa, elektrik enerjisi əldə etməkdən ötrü qazılan enerji qaynaqlarından əsrin sonuna qədər tam şəkildə imtina etmək niyyətindədir. Lakin Bavariyadakı sammitin iştirakçı ölkələri öz üzərlərinə arı-ayrı öhdəliklər götürmədi. öhdəliklər BMT-nin ilin sonunda Parisdə keçiriləcək iqlimin müdafisəi üzrə konfransına qədər işlənib hazırlanmalıdır.

Sammit digər mövzular üzrə də az konkret qərar qəbul etdi. Məsələn, inkişaf etməkdə olan ölkələrdə əməyin təhlükəsizliyini yüksəltməkdən ötrü dövlət və özəl vəsaitləri cəlb etməklə xüsusi fond yaratmaq qərara alındı. Epidemiyalarla mübarizə üçün də xüsusi fond yaradılmalı idi. Lakin bu fonda kimin və nə qədər vəsait qoymalı olduğunu hələ gələcəkdə dəqiqləşdirmək lazım gələcək.

Dağlar, pivə və təbiət də yürüşçülərin əleyhinədir

Bavariya da hətta təbiət və hava da sammitə əlverişli şərait yaratmışdı. 10 000-dən çox iştirakçı etriraz nümayişinə müxtəlif təşkilatları yığmağa söz vermişdi. Lakin axşam sammit ərəfəsində doluyla bərabər tropik tufan qopdu. Yağış hissləri soyutdu, sümüyünə qədər islanmış etirazçıların əksəriyyəti evə qaçmağa tələsdi, polis – ən azı, 17 000 nəfər – qaldı. Sammitin sonunda hər kəsə beş nəfər polis düşürdü. Nümayişçilərlə polislərin toqquşmasından yazmağa hazırlaşan jurnalistlər digər əlavə mövzulara cumdular. Məsələn, uca qonaqların bazar ertəsinə menyüsü: tay qaydasınca toyuq supu, göy soğanla kartof qarniri ilə alabalığın can əti və s. Qonaqların nə içdiyi barədə məlumat verilmədi.

Lakin budur, bazar günü səhər ABŞ prezidenti və Almaniya kansleri qoğal bişirilən Bavariya kəndində səhər yeməyi yeyib adama yarım litr pivə içdilər. Səhər-səhər pivə? Bəli. Amma pivə alkoqolsuz idi.

Aleksandr Varkentin

“Deutsche Welle” (Almaniya), 09.06.2015