XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 12:49

Çin uyğurlara qarşı sərt tədbirlərə əl atdı – Evdə Quran saxlaya bilməzlər

Doğu Türküstandan gələn son xəbərlərə görə, çin Kommunist Partiyasının Doğu Türküstanın Kuçar bölgəsinə yenicə rəhbər təyin etdiyi Yang Faşing vəzifəsinə başlayan kimi ağılasığmaz qərarlar qəbul edib. Uyğurların yaşadığı bölgə üçün müəyyən edilmiş həmin qərar belədir:

– Hər ailə evində yalnız 3 bıçaq saxlaya bilər;

– Müsəlman uyğurların yaşadığı məhəllələr və evlər silahlı güclər tərəfindən fasiləsiz olaraq 24 saat nəzarətdə saxlanacaq;

– Yaşı 50-dən az olan kişilər saqqal saxlaya bilməz. Belə bir halla rastlanarsa, saqqal dərhal kəsiləcək;

– Müsəlman uyğur qadınlarının geydiyi paltarın boyu 110 sm-dən artıq olmayacaq;

– Uyğur qadınlarına baş örtüsündən istifadə etmək qadağandır;

– Dövlət məmurlarının və əmək haqqını dövlətdən alan insanlar evində Quran kitabı saxlaya bilməz;

-Sadə vətəndaşlar birdən çox olmamaq şərti ilə evində Quran saxlaya bilər;

– 1980-1993-cü illər arasında Karğalıq şəhərində Abdulhəkim Mahdumun dini mədrəsəsində oxuyan şagirdlər və Kuçarda mədrəsə açan Abdulkərim Abdulvəlinin dərs dediyi tələbələr dərhal həbs ediləcəklər;

– 1990-cı ildən sonra anadan olanlar ünvanları da daxil olmaqla qeydiyyata götürüləcəklər və nəzarətdə saxlanacaqlar;

– Doğulmuş və doğulacaq hər bir uşaq üçün 28 min yen (təxminən 5 min dollar) ödəniş olunacaq. Bu pulu ödəməyən valideynlərin bütün əmlakı müsadirə ediləcək;

– Dini nikah qadağan olunacaq. Əməl etməyənlər həbs ediləcək…

Göründüyü kimi, Doğu Türküstanda yaşayan uyğurlar sürəkli basqılara və qadağalara məruz qalır. Oradan gələn digər xəbərlərə görə, bu qaydaları pozmaqda günahlandırılan bir neçə uyğur artıq həbs edilib.

Strateq.az