XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 15:16

İqor Muradyan Rusiyaya buynuz atır:  Gümri bazasını girov götürmək olar  

Muradyan

Adıbəlli erməni analitiki İqor Muradyan təklif edir ki, “indiki geopolitik şəraitdə Ermənistan Rusiyanın Gümridəki hərbi bazasını girov götürə bilər”.

Strateq.az Lragir.am-a əsasən xəbər verir ki, politoloq bu bazanın NATO-nu xüsusi maraqlandırdığını iddia edir. .

Analitikin sözlərinə görə, “Bu bazaya qətiyyən Türkiyəyə təhlükə kimi yanaşılmır, bu gülməlidir. O, Gürcüstana qarşı təcavüz və qismən də Ermənistandakı çıxışları boğmaq amili kimi dəyərləndirilir. Rusiya Azərbaycana silah tədarükünü davam etdirsə, Ermənistan indiki şəraitdə bu bazanı girov götürə bilər. Bu bazanın Ermənistandakı varlığını nə hərbi, nə də siyasi şəkildə izah etmək mümkün deyil”.