XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2015 - 13:05

Kürd deputatlar da AKP ilə koalisiyaya “yox” dedi

İyunun 7-də keçirilən parlament seçkilərində 13,12% səs alaraq, Türkiyə Böyük Millət Məclisində 80 deputat yeri qazanan Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaş da koalsiya hökuməti ilə bağlı açıqlama verib.

“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.

Jurnalistin “Koalisya ilə bağlı Ədalət və İnkişaf Partiyası (AKP), yaxud başqa bir partiyaya dəstək verməyi düşünürsünüzmü” sualına cavabında S.Dəmirtaş deyib: “Baş verənlərin hamısın dəyərləndirəcəyik. Seçkinin nəticələrinə dair gələcək planlarımızı müzakirə edəcəyik. üzərimizə düşən məsuliyyəti, yükün ağırlığını bilirik. Türkiyədə xaos, gərginlik, etimadsızlıq, qeyri-sabitliyin yaranmasına yol verməyəcəyik. İndiki vəziyyətdə qəti qərarımız budur: Biz AKP ilə bir koalisiyada olmayacağıq. Başqa cür koalisiya ortaya çıxarsa, onu da müzakirə edəcəyik. Əslində cəmiyyət seçkidə birinci və ikinci yerə çıxan partiyalara bu məsuliyyəti verib. HDP olaraq xalqın çiynimizə yüklədiyi vəzifə və məsuliyyətin fərqindəyik. Bu yükü daşıyacağımızı hamının bilməsi lazımdır”.