XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 17:42

Ərdoğan müharibə anonsu verdi,türk ordusu hazırlığa başladı

erdogan

Türkiyə prezidenti İŞİD terror təşkilatı başda olmaqla Suriyadakı qanunusuz silahlı qruplaşmaların ölkəsinin təhlükəsizliyini təhdid etdiyini bildirib.

O, qeyd edib ki, müttəfiqləri Türkiyəni bu savaşda yalnız buraxdılar.

"Hazırda Türkiyə İŞİD-in hücumları, qaçqın axınının nəzarətə götürülməsi, o ac-yalavac insanların yemək və yatmaq problemlərinin həlli üçün təkbaşına, yalnız olaraq tədbirlər görür. Bizim problemlərimizi görməzlikdən gələnlərə isə demək istəyirəm ki, Türkiyə özü özünü təkbaşına da qoruya bilər. Kilis və digər sərhədyanı bölgələrimizi İŞİD təhdidindən qorumaq üçün hazırlıqlar davam edir. Suriyadakı İŞİD hədəfləri tam darmadağın edilməyincə, sərhədlərimizin təhlükəsizliyi təmin edilməyəcək", – deyə, Ərdoğan bildirib(Olke.az).