XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 13:08

AKP koalisiya şərtlərini açıqladı – 3 vacib şərt
Türkiyənin iqtidar Ədalət və İnkişaf partiyası (AKP) koalisiya şərtlərini açıqlayıb.
Strateq.az Musavat.com-a istinadən xəbər verir ki, AKP üç əsas şərt irəli sürüb. Hakim partiyanın birinci şərti isə “Paralel dövlət”lə bağlıdır. AKP-nin irəli sürdüyü 3 şərtdə güzəşt edilməyəcəyi bildirilir.
Şərtlər:
1. “Paralel dövlət”ə güzəşt oluna bilməz: 17-25 dekabrda çevrilişə cəhd edən, dövlətin kapillyar damarlarına sızan “paralel dövlət” “milli təhlükəsizliyə təhdid” olaraq qəbul edilib. Koalisiya necə qurularsa “paralel dövlət” xəyanətinin cavabını verəcək, dövlətin içindəki əlaqələri təmizlənəcək.
2. “Həll prosesi” davam edəcək: AKP səslərin düşməsini gözə alaraq hökumətlə PKK arasındakı “həll prosesi”nin arxasında dayandı. “Həll prosesi” bundan sonra da davam edəcək.
3. Ərdoğanın leqallığı şübhəsizdir: İlk dəfə 52 faiz xalqın səsini toplayaraq seçilən prezident Rəcəb Tayyib Ərdoğanın leqallığı mübahisəolunmazdır. Prezident və parlament seçkilərini müqayisə etmək isə yanlışdır.