XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2016 - 21:34

Dünyanın ən bahalı futbol klubu- “Forbes” açıqladı

Madridin “Real” futbol klubu ən qiymətli futbol klubları reytinqində ardıcıl olaraq 4-cü dəfə ilk sırada yer alıb. “Forbes” jurnalının məlumatına əsasən, “Kral klubu” varidatını 12 faiz artıraraq 3,64 milyard dollara çatdırıb.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Madridin “Real” klubunu 3,54 milyard dollarla digər İspaniya təmsilçisi “Barselona” izləyir. İngiltərənin “Mançester Yunayted” klubu 3,31 milyard dollarla üçüncü sırada qərarlaşıb.

Eyni zamanda, “Real” klubu ən böyük illik gəlirə malik (675 milyon dollar) komanda kimi də ilk sıradadır. Onun ardınca isə İngiltərənin “Mançester Yunayted” klubu gəlir (625 milyon dollar).