XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

12 May 2016 - 22:40

Poroşenko sabiq naziribaş prokuror təyin etdi

poroshenko-300x150

Ukrayna prezidenti Pyotr Poroşenko sabiq daxili işlər naziri Yuri Lutsenkonu ölkənin baş prokuroru vəzifəsinə təyin olması barədə fərman imzalayıb.

Bundan əvvəl Ali Rada Lutsenkonun baş prokuror vəzifəsinə namizədliyini dəstəkləyib.

Qeyd edək ki, YLutsenko 2005-2010-cu illərdə iki dəfə Ukraynanın daxili işlər naziri vəzifəsində çalışıb. 2010-cu ildə o, böyük məbləğdə dövlət vəsaitlərini israf etməkdə təqsirləndirilərək həbs olunub.

İki il davam edən istintaqdan sonra Lutsenko təqsirli bilinərək şəxsi əmlakı müsadirə olunmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ilin aprelində Lutsenko prezidentin fərmanı ilə əfv olunub(apa).