XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

13 May 2016 - 09:34

Molla yığılan nəzir puluna toyuq hinitikdirdi

 

ozbek molla

Özbəkistanda bir imam məscidə ayrılan pulu mənimsəyərək toyuq hini tikməkdə ittiham olunur.

Bu barədə ölkənin şərqindəki Əndican vilayətinin hüquq-mühafizə rəsmiləri mayın 12-də AzadlıqRadiosunun özbək xidmətinə açıqlama verib.

Asaka şəhərində Xolid-ibn-Valid məscidinin imamı məscidin saxlanması və eləcə də xeyriyyə məqsədilə ayrılmış 27 min dolları mənimsəməkdə ittiham olunur. Adının çəkilməsini istəməyən rəsmi deyib ki, imam, yardımçısı və məscidin mühasibi pulu cücə alınmasına və toyuq hini tikilməsinə sərf edib.

Ancaq məscid təmsilçisi radioya bildirir ki, toyuq hini investisiya kimi tikilib, “İslam qaydalarına görə, bu pul qazanc götürmək məqsədilə verilə bilməz”.

“Gələcəkdə toyuqları satıb pulu və əldə olunan qazancı məscidə qaytarmağı planlaşdırırdıq”, – deyə təmsilçi sözlərinə əlavə edib. Asaka rəsmiləri toyuq hininin məscidin mülkiyyəti kimi qeydiyyata alınmadığını deyirlər.