XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2016 - 10:12

Türkiyədə PKK ilə toqquşmada 6 hərbçi həlak oldu,helikopter qəzaya uğradı

helikopter

 

Türkiyənin şərqindəki Hakkari vilayəti ərazisində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşmada 6 hərbçi şəhid olub.

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasında bildirilir. (APA)

Açıqlamada deyilir ki, bu gün yerli vaxtla saat 04.50-də Hakkarinin Çukurca qəsəbəsi ərazisində, Çığlı hərbi hissəsinin yerləşdiyi ərazidə terrorçularla baş verən döyüşdə 6 əsgər şəhid olub, 8-i yaralanıb. Terrorçulara müdaxilə etmək üçün göndərilən hərbi helikopter isə qəzaya uğrayıb. Nəticədə 2 pilot həlak olub. “Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə “F-16” təyyarəsi, hücum helikopterləri, pilotsuz uçuş aparatları və əlavə bölmələr göndərilib. İndiyə qədər 6 terrorçu məhv edilib, əməliyyat davam edir”, – deyə Baş Qərargahın açıqlamasında bildirilir.