İsrail qırıcılarının hava zərbələri nəticəsində Livandakı «Hizbullah» qruplaşmasının komandiri Mustafa Bədrəddin öldürülüb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat yayıb.
Məlumata görə, hava zərbələri Suriya-Livan sərhədində endirilib.
Qeyd edək ki, Mustafa Bədrəddin Livanın keçmiş baş naziri Rafiq Haririnin qətlində ittiham olunurdu.