XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

13 May 2016 - 23:39

İŞİD “Real Madrid“in mərkəzinə hücum etdi –16 ölü, 20 yaralı var

isid-1

İspaniya futbol klubu "Real Madrid"in İraqda yerləşən mərkəzlərindən birinə silahlı hücum edilib. 

Strateq.az ANS-ə istinadən xəbər verir ki, İŞİD terror qruplaşması tərəfindən törədildiyi deyilən hadisə nəticəsində 16 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Bu barədə İspaniyanın AS idman qəzeti məlumat yayıb. Mənbənin verdiyi məlumata görə, qanlı hadisə Bağdaddan 125 kilometr məsafədə Samarra şəhərində yerləşən mərkəzdə baş verib.

Mərkəzin özündən verilən məlumata görə, bir qrup İŞİD terrorçusu AK-47 silahları ilə qarşılarına çıxan hər kəsi atəşə tutub.

“Onlar futbolu sevmirlər və bunun islama zidd olduğuna inanırlar”, – deyə mərkəzdən məsul şəxs Ziad Subhan bildirib.