XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 05:50

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər- Vaşinqtondan açıqlama

sanksiya_1.jpg

ABŞ-ın iqtisadiyyat naziri Jacob Lew ukraynalı baş nazir Arseniy Yatsenyuk ilə görüşündə Rusiyanın Ukraynanın şərqindəki təcavüzkar hərəkətlərinə cavab olaraq “Böyük 7-lik” Yeddilik ölkələrinin hər zaman yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. Bu barədə BBC-nin Azərbaycan xidməti məlumat yayıb.

Jacob Lew deyib ki, Vaşinqton Ukraynanın kommersiya borclarının restrukturizasiyası ideyasını da dəstəkləyir.

Bir müddət əvvəl də Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların böyük yeddiliyin sammitində “siyasi” yox “texniki” mərhələdə müzakirə olunduğunu demişdi.

Bu, o deməkdir ki, qərb dövlətləri yalnız sülh prosesi çətinliklə üzləşərsə, yeni sanksiyalar haqqında qərar verəcəklər.

Böyük Yeddiliyin sammitində Barak Obama və Angela Merkel birgə bəyanat yayaraq atəşkəs haqqında Minsk razılığı yerinə yetirilməyənə qədər Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmalı olduğunu bildiriblər.

Barak Obamanın sözlərinə görə, rus hərbi qüvvələri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağa davam edərək hələ də ölkənin şərqindədir.

Rəsmi Moskva isə bu iddiaları rədd edərək, Ukrayna ərazisində rus hərbi qüvvələrinin olmadığını bildiririr.

Strateq.az