“O mənim üçün sıfır idi, sıfır da olub qalacaq”
“Milli müqəddəratı müəyyən etmə” Birliyinin lideri Paruyr Ayrikyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, insan hüquqları baxımından Levon Ter-Petrosyan cinayətkardır.
Strateq.az Ermənistan KİV-ə isnadən xəbər verir ki, Levon Ter-Petrosyan martın 1-də keçirilən mitinqdə çıxış edərkən qalan siyasi qüvvələrə də Azadlıq meydanında mitinq keçirtmək imkanı verir.
Jurnalistlərin “Ayrikyan bu fürsəti əldən buraxacaqmı?” sualını cavablandıran A
yrikyan bildirib: “Levon Ter-Petrosyan kimdir? Tribunadan çıxış edərək özünü milli qəhrəman kimi göstərən qaçqın? Sizdən dostcasına xahiş edirəm, məndən Ter-Petrosyanın çıxışını şərh etməyi xahiş etməyin. O mənim üçün sıfır idi, sıfır da olub qalacaq. KQB-nin vasitəsiylə ədalətsiz seçkilər yoluyla Ermənistan SSR Ali Sovetinin sədri oldu. Buna görə də onun sözlərini ciddi şəkildə qəbul etməzdim”.