“Türk Hava Yolları” (THY) 2015-ci ildə 61,2 milyon sərnişin daşıyıb.
Bu barədə “Türk Hava Yolları”nın Bakıdakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib.
Onun sözlərinə görə, şirkət 2016-cı ildə sərnişinlərin sayını 70 milyona çatdırmağı hədəfləyib. THY ötən ili 1,1 milyard dollar gəlirlə başa vurub. Bu isə çox yüksək məbləğdir. “Türk Hava Yolları” 2015-ci ildə 287 istiqamətə uçub. Təyyarələrimizin sayı 312 ədəddir və 2016-cı ildə 40 ədəd yeni təyyarəni sıralarımıza qatacağıq”, – deyə S.İlyas vurğulayıb(azərtac).