Əfqanıstanın cənubundakı Laşqarkax şəhərində – polisin təlim mərkəzinin yaxınlığında partlayış olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, partlayiş nəticəsində ən azı 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
Partlayışın bomba yüklü avtomobilin işə düşməsi nəticəsində baş verdiyi bildirilir. Hadisəyə görə məsuliyyəti "Taliban" hərəkatı üzərinə götürüb.