XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

14 May 2016 - 17:08

Dərbənddə xüsusi əməliyyat- 3 polis yaralandı

Dağıstanın Dərbənd şəhərində sabiq icra başçısının atası Hacıəhməd Qazıəhmədovun qətlində şübhəli bilinən şəxslərin saxlanılması üzrə əməliyyat başlayıb.

Azərtac Vesti.ru saytına istinadla xəbər verir ki, yaraqlılar yaşayış binalarının birində çoxmənzilli evə sığınıb. Təslim olmaqdan boyun qaçıran yaraqlılarla polis arasında atışma baş verib. Atışmada 3 polis əməkdaşının yaralandığı bildirilir.

Əməliyyat zamanı, həmçinin Daxili İşlər İdarəsinin rəisi yaraqlıların əlinə keçib. Onun həlak olduğu güman edilir.