XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2016 - 19:39

Küveyt neft hasilatının dondurulmasınaalternativ görmür

Neft ixracatçılarının hasilatın indiki həcminin səviyyəsini dondurmaqdan başqa çarəsi yoxdur.

Bu fikri Küveytin xarici işlər nazirinin müavini Xalid Süleyman əl-Caralla səsləndirib.

Xatırladaq ki, neft hasil edən ölkələr aprelin 17-də Dohada keçirilən görüşün yekunlarına əsasən hasilatın səviyyəsinin dondurulması barədə razılığa gəlməyə müvəffəq olmayıblar. Kartelin üzvü olan bir sıra ölkələr, ilk növbədə Səudiyyə Ərəbistanı OPEC-in bütün üzvlərinin, o cümlədən hasilatı yalnız sanksiyalardan əvvəlki həcmə – sutkada 4 milyon barrelə çatdırandan sonra dondurmağa hazır olduğunu bildirən İranın bu sazişdə iştirakını vacib sayıb. Görüşdə iştirak edən Azərbaycan hasilatın dondurulması haqqında sənədi imzalamağa hazır olub.

OPEC ölkələrinin iyunun 2-də keçiriləcək görüşündə neft hasilatının dondurulması məsələsi müzakirə ediləcək(azərtac).