XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2016 - 08:57

Dərbənd teraktına görəməsuliyyəti İŞİD öz üzərinə götürdü

isid

Strateq.az Amaq informasiya agentliyinə istinadən bildirir ki, İŞİD Dərbənddə həlak olmuş polislərə görə məsuliyyəti öz üzərinə götürüb. Məlumata əsasən, iki polis əməkdaşı qətlə yetirilib.

Rəsmi məlumatlara görə, dünən Dərbənddə üç polis əməkdaşı və 4 terrorçu öldürülüb. 15 güc qurumu təmsilçisi yaralanıb.

Xatırladaq ki, polislər Dərbənddə mayın 14-də gündüz şəhərin keçmiş merinin atasının qətli çərçivəsində yoxlama aparırdı. Mənzillərdən birindəki döyüşçülər polisə atəş açmağa və qranat atmağa başlayıb. Döyüşçülərin ikisi aradan çıxa bilib, lakin şəhərin cinayət-axtarış şöbəsinin rəisini ələ keçirdə biliblər. Əvvəlcə danışıqlar planlaşdırılsa da, girov götürülənin öldürüldüyü bəlli olanda hücum başlandı. Əməliyyatın gedişində XTMD-nin daha bir döyüşçüsü həlak oldu. Əməliyyat dünən axşam başa çatıb.