XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

15 May 2016 - 10:58

G7 ölkələrinin nazirləri Yaponiyadabir araya gəlib

“Böyük Yeddiliy”in təhsil nazirləri mayın 14-də Yaponiyanın qərbində yerləşən Okayama prefekturasının Kuraşiki şəhərində ikigünlük görüşə toplaşıblar.

Görüşə Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnika naziri Hiroşi Hase sədrlik edir. Salamlama nitqi ilə çıxış edən yapon nazir bildirib ki, özündə gələcəyə investisiyanı əks etdirən təhsil uzun əsrlər ərzində cəmiyyətin həyatında mühüm rol oynayıb.

İki gün davam edəcək görüş ərzində nazirlər beynəlxalq ictimaiyyətin yoxsulluq, gənclər arasında işsizlik, terrorizm və digər problemlər də daxil olmaqla qarşılaşdığı təhdidlərə qarşı mübarizədə təhsilin rolu ilə bağlı müzakirələr aparacaqlar(azərtac).