XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2016 - 17:25

Yəməndə İŞİD terroru:25 nəfər həyatını itirdi

Yəmənin cənubunda İŞİD-çi "canlı bomba"nın hücumu azı 25 nəfərin həlak olmasına səbəb olub.

BBC xəbər verir ki, rəsmilər "canlı bomba"nın özünü Mukalla şəhərinin polis bazasının yaxınlığında partlatdığını bildirir.

İŞİD-in cihadçı rəqibi "Əl-Qaidə" ötən ay Səudiyyənin başçılıq etdiyi hərbi koalisiya tərəfindən Mukalladan çıxarılıb. 

2011-ci ildən bəri Yəməndə davam edən münaqişə təxminən iki milyon insanın köçkün vəziyyətinə düşməsinə səbəb olub.