XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 June 2015 - 11:01

Putin Lukaşenkonu seçdirəcək

Lukashenko.jpg

Rusiyanın Belarusiyadakı səfiri Aleksandr Surikov Kremlin payızda keçiriləcək prezident seçkilərində Aleksandr Lukaşenkoya dəstək verəcəyini açıq söyləyib.

“Bilavasitə seçki kamapaniyasında iştirak etmək hüququmuz yoxdur. Amma Aleksandr Qriqoryeviçi dəstəkləyəcəyik”, -deyə səfir jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, “90-cı illərin əvvəlində, hər şeyin darmadağın olduğu vaxtda məhz onun səyləri nəticəsində Belarusiya indiki səviyyəsinə çatıb”.

Diplomat qeyd edib ki, indiki prezidentin opponentləri şüarlardan başqa heç nə təklif edə bilmirlər.

Xatırladaq ki, A.Lukaşenko 1994-cü ildən ölkəyə rəhbərlik edir. O, 2015-ci ilin payızında keçiriləcək növbəti prezident seçkilərində də iştirak edəcəyini açıqlayıb.