XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

16 May 2016 - 23:00

NATO generalı Rusiyanı savaşla hədələdi:"Əgər təcavüzkar siyasəti davam etdirəcəksə, müharibə elan ediləcək"

ordu-abs

"Rusiya təcavüzkar siyasətini davam etdirəcəyi təqdirdə, NATO bu ölkəyə qarşı müharibə elan edəcək". 

Bu barədə NATO-nun müttəfiq qüvvələri baş komandiri general Kurtis Skaparrotti bildirib.

Skaparrottinin sözlərinə görə, Rusiya bütün beynəlxalq normalara meydan oxuyaraq, təcavüzkar siyasətini davam etdirir: "Elə bu səbəbdən NATO Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib".

ABŞ-ın üçüncü divizionunun da Avropada yerləşdirmə məsələsində Vaşinqtonu razı salmağa çalışacağını deyən Skaparrotti, İtaliya və Almaniyada olmaq üzrə ABŞ-ın iki batalyonunun artıq Avropada olduğunu bildirib: "Bu proses davam edəcək".

Skaparrotti Rusiyanın təcavüzkar siyasətini hədəf alan açıqlamasına Moskvadan cavab gəlib.

Rusiya müdafiə naziri Sergey Şoyqu NATO-nun Rusiya sərhədindəki qüvvələrini artırmaq cəhdləri qarşısında cavab tədbirlərinin görüləcəyini bildirib. İkisi ölkənin qərbində, biri cənubunda olmaqla, üç yeni hərbi diviziyanın yaradıldığı deyən Şoyqu detallar haqqında məlumat verməyib.

Lakin rus mənbələrinin verdiyi məlumata görə, yaxşı silahlanmış NATO qoşunlarına qarşı sürətli köçürülə bilən mobilizə kiçik hərbi birliklərlə müdafiə xətti yaradılıb. Müasir mexanikləşdirilmiş piyadalar, tank, panzer, zenit raketləri, topçu alayları, kəşf və elektron hərb daxil olmaqla bir çox fərqli tabur bir-birini dəstəkləyəcək şəkildə üç sahədə yer alacaq. 

ANS